"Qalatasaray"ın sabiq futbolçusu Aleks Telles Kriştiano Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Nassr"la müqavilə imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, braziliyalı sol cinah müdafiəçisinin transferi klub tərəfindən açıqlanıb.
Bir müddət "Qalatasaray”da da çıxış edən 30 yaşlı sol cinah müdafiəçisi "Portu”dan "Mançester Yunayted” ə keçdikdən sonra "Sevilya”ya icarəyə verilib.
Telles 2014-15 mövsümündə "Qalatasaray"da Superkubok və iki dəfə Türkiyə Kuboku, eləcə də Superliqa çempionluğu sevincini yaşayıb.
"Al-Nassr" bu ilin əvvəlində dünyaca məşhur Portuqaliyalı futbolçu Cristiano Ronaldonu transfer edərək gündəmə gəlmişdi.
Səbuhi Həsənov