Xəbər lenti

Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçildi
Siyasət12:16 14.02.2021

Sabir Rüstəmxanlı yenidən VHP-nin sədri seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib.
Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.
VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.
Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.
Qeyd edək ki, buna qədər da partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.