Yalnız antibakterial sabunu istifadə etməyin mənası yoxdur, çünki koronavirus bakteriya deyil və onu məhv etmək o qədər də asan deyil. Bununla birlikdə, sabun patogenləri təmizləyə bilər və bu da faydalıdır.
Qaynarinfo xəbər verir ki, bu haqda "Rospotrebnadzor”un saytında deyilir.
Buna görə agentlik istənilən sabundan istifadə etməyi məsləhət görür, təsirinə görə onlar təxminən eynidir. O da qeyd edilir ki, bir çox firma "antibakterial" adı qoyub marketinq hiyləsindən istifadə edir, ancaq bu sabunların faydası qablaşdırmada və ya reklamda deyilənlərlə eyni deyil.
Lakin sabun istifadəsi kəskin respirator xəstəliklərində uşaqlar arasında ölüm hallarını 20%, kəskin bağırsaq xəstəliklərində 50% azaldır. "Çirkli əllər bir sıra yoluxucu və parazitar xəstəliklərin yayılmasında əsas amildir", - mütəxəssis deyib.
Mütəmadi əl yuyulması bağırsaq və tənəffüs yolları xəstəliklərinin yoluxma riskini azaldır ki, eyni şey koronavirusa da aiddir. Buna görə də istədiyiniz effekti əldə etmək üçün tez-tez və uzun müddət əllərinizi sabunla yumaq vacibdir.