
Atatürk Hava Limanında uçuş zolağına girən it təyyarələrin gecikməsinə səbəb olub.
Axar.az xəbər verir ki, uçuşa hazırlaşan təyyarənin pilotu birdən uçuş zolağında sahibsiz bir itin gəzdiyini görüb. Dərhal Hava Nəqliyyatına Nəzarət Məntəqəsi ilə əlaqə yaradan pilot rəsmilərə məlumat verib.
Sahibsiz itə görə təyyarələr Atatürk Hava Limanından 5 dəqiqə gec qalxıb.
Qaynarinfo.az