Xəbər lenti

Şahnazaryan: “Hakimiyyət türklərlə münasibətlərin yumşalmasından həzz alır”
Siyasət12:55 14.12.2021

Şahnazaryan: “Hakimiyyət türklərlə münasibətlərin yumşalmasından həzz alır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətləri yumşaldıb və bundan həzz alır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Voskanapat” analitik mərkəzinin təsisçisi, politoloq Hrant Melik-Şahnazaryan deyib.
O, bu münasibətlərdə Ermənistan hakimiyyətinin artıq dalandan çıxdığını bəyan edib:
"Bilmirəm, fikir vermisiniz, ya yox, amma Türkiyə və Azərbaycanla münasibətlərdə Ermənistan hakimiyyəti artıq dalandan çıxıb. Təəssürat ondan ibarətdir ki, onlar nəyin, nə vaxt və necə olacağını dəqiq bilirlər. Ümumiyyətlə, bunu hamı bilir. Sadəcə olaraq, ölkəmizlə bağlı həqiqətən də nə baş verdiyini bilmək istəyənlər üçün uzun müddətdir görünənlər yavaş-yavaş suyun üzünə çıxır.
Ermənistan Xarici Xarici İşlər Nazirliyinin sözçüsü, Çavuşoğlunun Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndə təyin etməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirdiklərini deyərkən yalan danışır. Belə təsəvvür yaratmaq istəyirlər ki, erməni tərəfinin gündəmi budur. Öncə gedin Zəngəzura, görün bu, ilkin şərtsiz münasibətlərin normallaşması necə olur.
Ancaq bu, ən vacib olanı deyil. Artıq dediyim kimi, Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərdə yumşalıb və bundan həzz alır. Tezliklə, sözün əsl mənasında, iki-üç aydan sonra onların biznes maraqları görünəcək. Görünür, proses qarşısıalınmaz xarakter alır.
Hər halda real reaksiyanın olmaması başqa gözləntilərə əsas vermir. Çünki biz hamımız Qarabağın "öz müqəddəratını təyinetmə hüququndan”, Ermənistan Respublikası sərhədlərinin toxunulmazlığından danışarkən, Türkiyə dəhlizindən gələn təhdidlər, Ərdoğan, Paşinyan və İ.Əliyev artıq bütün bu məsələləri bağlayıb və yeni proqramlara start verirlər. Bu mənada biz onlardan təxminən bir il geridəyik”.
Telman