Xəbər lenti

Şahzadə kral ailəsinin üzvü olmağından şikayət etdi
Dünya12:42 01.04.2018

Şahzadə kral ailəsinin üzvü olmağından şikayət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belçika kralı Filipin kiçik qardaşı şahzadə Laurent kral ailəsinin üzvü olmağından şikayət edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, xarici işlər nazirliyinin təsdiqi olmadan Çinin Belçikadakı səfirliyində keçirilən tədbirdə iştirak edən Laurent bu addımına görə cəzalandırılıb və 307 min avroluq maaşına 46 min avro ixtisar edilib. Qərar parlamentdə millətvəkillərinin səsverməsi ilə qəbul edilib. 
Bu addıma etiraz edən 54 yaşlı şahzadə kral ailəsi üzvü olduğuna görə narazılığını dilə gətirib:
"Siyasət və mediadakı bəzi məsələlərə görə ödənişimdə edilən ixtisar bir həyatın, geridə qoyduğum həyatımın əvəzidir. Kral ailəsinin üzvü olduğuma görə iqtisadi azadlığım üçün cəhdlər edə bilmirəm. Evlənmək üçün belə icazə almalı olmuşam və bu gün ünvanı və pulu olmayan sevdiyim qadınla evlənmənin cəzasını çəkirəm".
Gülşən