Xəbər lenti

Şahzadəni baş nazir postuna namizəd kimi təklif edən partiya ləğv edildi
Dünya12:58 07.03.2019

Şahzadəni baş nazir postuna namizəd kimi təklif edən partiya ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Taylandda Şahzadə Ubolratana Mahidolu baş nazir postuna namizəd göstərən "Thai Raksa Chart" Partiyasının fəaliyyəti dayandırılıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Tayland Ali Məhkəməsi qərar çıxarıb. Partiyanın idarə heyətinin üzvlərinə 10 il müddətinə siyasət qadağası tətbiq edilib. Ölkə Kralı Maha Vajiralongkorn bacısı Şahzadə Ubolratana Mahidolunun bu posta namizəd kimi göstərilməsini uyğunsuz təklif kimi qiymətləndirərək Kral ailəsinin üzvlərinin siyasətdə iştirak etməyəcəyini, bu addımın ölkə mədəniyyət və adətlərinin əleyhinə olduğunu vurğulayıb.
Qeyd edək ki, "Thai Raksa Chart" Partiyası hərbi çevrilişlə vəzifəsindən kənarlaşdırılan və hazırda sürgündə yaşayan sabiq baş nazir Thaksin Şinahatranın dəstəkçisi kimi tanınırdı. Partiyanın ləğv edilməsi sabiq baş nazirin tərəfdarlarının bu ay keçiriləcək seçkilərdə üstünlük qazanmasına ciddi maneə yaradacaq.
Gülşən