Xəbər lenti

Şakira Dünya İqtisadi Forumunda - FOTOLAR
Dünya16:54 17.01.2017

Şakira Dünya İqtisadi Forumunda - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kolumbiyalı müğənni Şakira İsveçrənin Davos şəhərində keçirilən sayca 47-ci Dünya İqtisadi Forumunda iştirak edir.

Xarici KİV -lər xəbər veriri ki, ifaçıya xeyriyyəçilik fəaliyyətinə görə "Crystal Award" mükafatı təqdim edilib.

Şakira çıxışında dünyaya çağırış edərək bildirib ki, inkişaf etməkdə olan ölkələrdə təhsilə investisiya həyata keçirilməli, uşaqların qayğısına qalınmalıdır:

 "Əgər biz dünyada sülh və əmin-amanlıq istəyiriksə, ilk növbədə təhsilə kapital qoymalı və onu inkişaf etdirməliyik. Hələ də 5 yaşı tamam olmamış 250 milyondan çox uşaq təhlükəli zonalarda yaşayırlar. Onlar nə fiziki, nə də intellektual tərəfdən inkişaf edə bilmirlər".

Xatırladaq ki, Şakira UNİSEF-in xoşməramlı səfiri, "Pies Descalzos Foundation" xeyriyyə fondunun rəhbəridir (fond təhsil almaqda problemi olanlara kömək edir).

Qeyd edək ki, Dünya İqtisadi Forumunda "Lukoyl” şirkətinin azərbaycanlı rəhbəri Vahid Ələkbərov, 70-dən çox ölkədən, xüsusilə "Böyük iyirmilik” ölkələrinin hamısından nümayəndə heyəti, həmçinin BVF, BMT, ÜTT (Ümumdünya Ticarət Təşkilatı) kimi aparıcı beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.(axşam.az)

Qaynarinfo.Az