ABŞ-ın Havay adasında 2 gündür güclü zəlzələlər və vulkan püskürməsi müşahidə edilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, baş verən 5 bal gücündə zəlzələdən sonra Kilauea yanardağı püskürməyə başlayıb. Vulkandan çıxan alov ərazidə yerləşən meşədən keçərək yanğına səbəb olub. Lavaların 38 metrə qədər yüksəldiyi deyilir. Son saatlarda ən güclüsü 6,9 bal olan çox sayda zəlzələ qeydə alınıb.
ABŞ höküməti ərazidə evakuasiya barədə göstəriş verib. Minlərlə insan idman zalları və digər sığınacaqlarda yerləşdirilir. Havay valisi vulkanın yaxınlığında yaşayanlara müraciət edərək ərazini tərk etmələrini və hazırlıq görmələrini istəyib.
Qeyd edək ki, vulkanın temperaturu 1149 dərəcədir, əhatə etdiyi ərazi isə 125 kvadrat kilometrə çata bilər.
Kilauea vulkanı 1980-ci illərdən bəri 3 dəfə fəaliyyətə keçib. Dünyanın ən aktiv yanardağlarından olan Kilauea 35 il idi vulkan püskürmürdü.