Xəbər lenti

“Samsung” daha bir faciə törətdi - Ev yandı, yaralanan var + Video
Dünya08:53 18.10.2016

“Samsung” daha bir faciə törətdi - Ev yandı, yaralanan var + Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daha bir “Samsung” telefonu faciəyə səbəb olub. 

Hadisə Moskvada baş verib. Məlumata görə, üçotaqlı mənzildə “Samsung Galaxy” model smartfon partlayıb. Həmin vaxt evdə olan üç nəfərdən biri – smartfonun sahibi ağır bədən xəsarətləri alıb. Başı, üzü, boynu, əli yanan 55 yaşlı şəxs reanimasiyaya yerləşdirilib. 

Smartfonun sahibi onu ötən gün aldığını və elektrik qidalandırıcısına qoşduğunu bildirib. O, yan otağa keçmək istəyərkən partlayış səsi eşidib. Geri qayıtdıqda divanın yandığını görən həmin şəxs yanğını söndürməyə çalışsa da, alınmayıb. O, son anda evdən çıxa bilib. Hadisə şahidlərinin sözlərinə görə, evin xanımını və qonağı qonşular evdən xilas ediblər.

Xatırladaq ki, “Samsung” rəhbərliyi yeni nəsil smartfonda özünü göstərən qüsura görə üzr istəyib və telefonların geri çağırılması barədə göstəriş verib.(AzNews.az)

Qaynarinfo.Az