
Dağıstanda antiterror əməliyyatı zamanı 2 silahlı şəxs zərərsizləşdirilib.
Bu barədə ölkənin güc strukturlarındakı mənbə bildirib.
“Dağıstanın Məhərrəmkənd rayonunda, Samur kəndinin yaxınlığında qarşıdurma nəticəsində 2 silahlı öldürülüb. 1 polis həlak olub. Əməliyyatlar bazar ertəsinə qədər təxirə salınıb”, - deyə mənbə söyləyib.
Qaynarinfo.Az