Martın 25-də İrəvan administrasiyasının Kentron və Nork-Maraş Məhkəməsinin barəsində 2 aylıq həbs qərarı verdiyi Samvel Babayana qarşı ittihamlar açıqlanıb.
"Qaynar" musavat.com-a istinadən xəbər verur ki, Ermənistan milli təhlükəsizlik xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanan Qarabağ separatçılarının sabiq “müdafiə naziri” cinayət məcəlləsinin 235-ci maddəsi (qrup şəxslə əlbir olub hərbi texnika və ya döyüş sursatını qanunsuz əldə etmə, saxlama) ilə ittiham olunub. Bu maddə ilə S.Babayanı 3 ildən 8 ilə qədər həbs gözləyir. Babayanın vəkili Avetis Kalaşyan isə ittihamları əsassız hesab etdiyi üçün onun hansı maddə ilə günahlandırıldığını belə açıqlamağı lazım bilməmişdi. Xatırladaq ki, S.Babayan və adları açıqlnmayan daha iki Ermənistan vətəndaşı Gürcüstandan ölkəyə “İqla” zenit-raket qurğusu keçirməkdə şübhəli bilinirdi.
Qaynar.Az