Xəbər lenti

Samvel Babayanın oğlu Qarabağda dava saldı, siyasi fəalı döydü
Dünya08:48 29.01.2022

Samvel Babayanın oğlu Qarabağda dava saldı, siyasi fəalı döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ polisi” keçmiş Müdafiə Ordusunun komandiri Samvel Babayanın oğlunun iştirakı ilə baş verən son insidentlə bağlı açıqlama verib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Sputnik Ermənistan”ın məlumatında deyilir.
Bir qədər əvvəl sosial şəbəkələrdə oxşar məlumatlar yayılıb. Babayanın oğlunun öz yoldaşları ilə birlikdə siyasi fəal Artur Osipyanı döydüyü deyilirdi. Status müəllifləri qeyd ediblər ki, hüquq-mühafizə orqanları hələlik heç bir tədbir görmür, "Dağlıq Qarabağ prezidenti”nin yekun qərarını gözləyir.
Bununla bağlı polisdən bildirilib ki, yanvarın 23-də saat 18:55-də Xankəndinin Teryan küçəsində dava-dalaş olması barədə siqnal daxil olub. Təhlükəsizlik qüvvələri yoxlamaya başlayıb, daha sonra dava iştirakçıları dindirilib, onlardan izahat alıb, cinayətlə bağlı şikayət etməyi təklif ediblər. Tərəflər isə dava və döyülmə ilə bağlı məlumatları təkzib edərək bundan imtina ediblər.
 
Alpər