Xəbər lenti

Sarayı tərk edən şahzadə kralla yaxtada dincəlir (FOTO)
Dünya 15:35 25.08.2023

Sarayı tərk edən şahzadə kralla yaxtada dincəlir (FOTO)

Monako sarayını tərk edərək İsveçrədə yaşayan şahzadə Şarlin həyat yoldaşı, kral II Albertlə istirahətə yollanıb. 

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, II Albert və Şarlin Korsikada yaxtada birlikdə istirahət edirlər. Kral cütlüyü paparatsilərə tuş gəlib. Bir şəkildə Şahzadə Albert sahildə şahzadə Şarlini qucaqlayır, digərində isə şezlonglarda yan-yana otururlar.

Qeyd edək ki, bundan əvvəl Şarlinin hazırda İsveçrədə yaşadığı barədə məlumat yayılmışdı. 45 yaşlı şahzadənin II Albertlə yalnız rəsmi mərasimlər və tədbirlər üçün bir araya gəldiyi deyilir.

"Albert və Şarlin indi yaxşı tərəfdaşdırlar, növbə ilə uşaqlara baxırlar", deyə Almaniyanın "Bild" yazır.

Mənbə əlavə edib ki, Şarlin rəsmi hallarda Monakoya dönəcəyini vəd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->