Ermənistan prezidenti Armen Sarkisyan İsveçrə və Fransa kanallarına açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş barədə verilən suala nə üçün o şəkildə cavab verməsinə aydınlıq gətirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun siyasi bir açıqlama olmadığını və siyasi açıqlamaların yalnız Ermənistanın Xarici İşlər Nazirliyindən, yaxud da hökumət qanadından gəlməli olduğunu söyləyib.
"Verdiyim müsahibədə jurnalistlərdən biri anidən bir sual verdi. Sual çox sadə idi və "Əgər indi qarşınızda Ərdoğan olsaydı nə söyləyərdiniz" şəklindəydi. Mən də səhər olduğu üçün "Sabahınız xeyir" və bir erməni kimi, "Müzakirə ediləcək məsələlərimiz var" dedim", - deyə Sarkisyan bildirib.
Qeyd edək ki, o, İsveçrənin RTS telekanalına verdiyi müsahibəsində Ermənistanın bir gün Türkiyəni bağışlayacağını, lakin bunun, Türkiyənin peşmanlığını dərk edərək üzr istəməsindən sonra mümkün ola biləcəyini bildirmişdi.
Sarkisyan Ərdoğanla qarşı-qarşıya gələcəyi təqdirdə ona bu sözləri deyəcəyini qeyd etmişdi:
"Sabahınız xeyir, prezident. Diqqət yetirməniz vacib olan şeylər olduğunu düşünürəm. Sən Türkiyənin prezidentisən, mən də Ermənistanın. Atalaım, ailəm Bitlis, Van və Ərzurumludur. Nə üçün öz keçmişimiz haqqında danışmırıq? Gələcək və xalqlarımız haqqında danışmalıyıq. Xristianlıq bağışlamağı öyrədir".