Xəbər lenti

Sarkisyan həmsədrlərlə görüşdü - FOTO
Dünya19:04 16.05.2014

Sarkisyan həmsədrlərlə görüşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Görüşdə Fransadan olan gələcək həmsədr də iştirak edib

Ermənistan prezidenti Serj Sarkisyan bu gün İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Jak Forla (Fransa), həmçinin ATƏT sədrinin nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə həmçinin Fransadan olan gələcək həmsədr Pyer Andrio da iştirak edib. Jak For onu öz xələfi kimi təqdim edib.

Ermənistan prezidentinin mətbuat xidməti bildirib ki, görüşdə Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının indiki durumu və gələcək perspektivləri barədə danışılıb.

Qaynar.info