Xəbər lenti

Sarkisyan Vilnüsdə İlham Əliyevlə necə görüşdü? - VİDEO
Siyasət14:12 29.11.2013

Sarkisyan Vilnüsdə İlham Əliyevlə necə görüşdü? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Erməni prezident sammitə bir qədər gecikib.

Noyabrın 29-da Litvanın paytaxtı Vilnüsdə baş tutmuş Şərq Tərəfdaşlığı sammitinin sonunda dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, fotoqraflar bu tarixi hadisəni qeydə almazdan əvvəl maraqlı bir epizod yaşanıb.

Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan bir qədər gecikərək, həmkarları kameralar qarşısında düzüldüyü vaxt gəlib və Azərbaycan prezidenti İlham Əliyevi görərək, ona yaxınlaşıb və şəxsən görüşüb.

Həmin görüntüləri təqdim edirik.

Qaynar.info