Xəbər lenti

Sarkozinin polisə ifadəsi: "Həyatımı cəhənnəmə çevirib"
Dünya10:47 22.03.2018

Sarkozinin polisə ifadəsi: "Həyatımı cəhənnəmə çevirib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən günlərdə həbs edilən Fransanın sabiq prezidenti Nikola Sarkozi azadlığa buraxılıb. Onun istintaqa verdiyi ifadənin mətni məlum olub.
Qaynarinfo xəbər verir ki, "Le Figaro" qəzetinin yaydığı məlumata görə, seçki kampaniyası dövründə qeyri-qanuni maliyyə mənbəyi tapan, korrupsiyada adı hallanan və Livanda ictimai fondları gizlətdiyi bildirilən Sarkozi ifadəsində "Bu böhtanlar 2012-ci ildən bəri həyatımı cəhənnəmə çevirib. Heç bir maddi sübut olmadan ittiham edilirəm" fikirlərini səsləndirib. 
Qeyd edək ki, 2012-ci ildə yayımlanan sənəd 2007-ci il prezident seçkilərində Livanın rolunu və qeyri-qanuni əməllərlə bağlı iddialara əsas yaratmışdı. Bununla bağlı ilk istintaqa 2013-cü ildə start verilib. 2006-2007-ci illərdə Tripolidən Parisə 5 milyon avro nəğd pul daşınıb və bu məbləğ Sarkoziyə çatıb.
Gülşən