Xəbər lenti

Sarxoş halda maşın sürdü, ən yaxın dostunu itirdi
Maqazin 22:25 18.07.2024

Sarxoş halda maşın sürdü, ən yaxın dostunu itirdi

Teleaparıcı və komediya ustası Cimmi Fallon Castin Timberleykin sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilməsindən sonra onunla ünsiyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly” nəşri məlumat yayıb.

Məşhur insayder bildirib ki, Cimmi Fallon reputasiyasını korlamaqdan qorxduğu üçün dostu Castin Timberleyklə əlaqə saxlamaq istəmir.

"İctimaiyyət Cimminin alkoqolla bağlı problemlərini öyrəndikdən sonra, o, layiqli ailə başçısı kimi imicini bərpa etmək üçün əlindən gələni etdi. Cimmi Castin üçün hər şeyi riskə atmayacaq!", deyə mənbə bildirib.

İyunun 18-də Castin Timberleyk dostları ilə Saq Harbordakı "American Hotel" barında dincəlirb. Pop müğənnisi bundan sonra taksi çağırmaq əvəzinə, öz BMW-si ilə evə getməyə qərar verib. Polis sənətçini saxladıqda o, qan alkoqol testi verməkdən imtina edib. Castin Timberleyk saxlanılaraq stansiyaya aparılıb. Hüquq-mühafizə orqanları müğənninin sərxoş olduğunu bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->