
İngiltərənin Kembric Universiteti "Astronomy&Astrophysics" jurnalında yayımladıqları məqalədə "EBLM J0555-57Ab" adlı ulduz kəşf etdiklərini açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, araşdırma Cenevredəki spektromentrdən istifadə edərək aparılıb. Günəş sistemindəki ən böyük 2-ci planet olan Saturnla təxminən eyni ölçüdə olan ulduz canlı həyat üçün əlverişli olma ehtimalına sahibdir.
Alimlər bildirir ki, bu tip kiçik ulduzların səthində su tapmaq ehtimalı daha yüksəkdir.
Gülşən
Qaynarinfo.Az