Xəbər lenti

"Saxarov Mükafatı"nın sahibi açıqlandı
Dünya10:48 24.10.2019

"Saxarov Mükafatı"nın sahibi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uyğur fəal İlham Tohti "Saxarov İnsan Haqları Mükafatı"na layiq görülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamenti məlumat dərc edib. İqtisadçı İlham Tohti Çində uyğurların hüquqları uğrunda mübarizəsinə görə "Saxarov Mükafatı"nı qazanıb. O, 2014-cü ildə separatçılıq ittihamlarına görə Çin hökuməti tərəfindən ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Tohti bu ayın əvvəllərində Avropa Şurası tərəfindən "Haclav Havel İnsan Haqları Mükafatı"na layiq görülmüşdü.
Gülşən