Xəbər lenti

“Saxta peyğəmbər” dəfn edildi: Türkiyə Dini idarəsi iştirakdan imtina etdi
Dünya07:20 28.11.2019

“Saxta peyğəmbər” dəfn edildi: Türkiyə Dini idarəsi iştirakdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə "saxta peyğəmbər” kimi tanınan, məhkəmə tərəfindən bağlanılan Mədəniyyət İrfan Xeyir Rifah Vəqfinin (MİHR) başçısı 86 yaşlı İsgəndər Erol Evrənosoğlu ABŞ-ın Virciniya əyalətindəki Norfolk şəhərində müalicə aldığı xəstəxanada ürək çatışmazlığı səbəbiylə həyatını itirib və doğulduğu Bursada dəfn edilib.
Qaynarinfo xəbər verir ki, Pınarbaşı qəbiristanlığında qılınacaq cənazə namazı təhlükəsizlik məqsədiylə Hamitler qəbiristanlığına keçirilib. 
Amerikada ürək çatışmazlığı üzündən 5 gün əvvəl ölən saxta peyğəmbər İsgəndər Evrənosoğlu Bursada dəfn ediləndən sonra Bursa Ərazi müftiliyi cənazə və dəfn işində diyanət əməkdaşlarının iştirak etmədiklərini bildirib. 
Bursa Ərazi müftiliyindən verilən açıqlamada deyilir:
"ABŞ-da ölüb 27/11/2019 tarixində Bursada dəfn edilən İsgəndər Erol Evrənosoğlunun cənazə namazı və dəfn işləri öz adamları tərəfindən həyata keçirilib, orada heç bir Diyanət və Ərazi müftiliyinin əməkdaşı iştirak etməyib”. 
Qeyd edək ki, ciddi təhlükəsizlik tədbirlərinin alındığı cənazə namazına təxminən 3 min adam qatılıb.
Alpər