İraqın Kərkük şəhərində seçki qutularının mühafizə edildiyi anbara hücum olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kərkük şəhər polis idarəsinin sözçüsü Əfrasyav Kamil məlumat verib. O, anbara edilən bombalı hücum zamanı 4-ü sadə vətəndaş, 15-i anbar mühafizəçiləri olmaqla, ümumilikdə 19 nəfərin yaralandığını, lakin seçki qutularının zərər görmədiyini bildirib.
Qeyd edək ki, mayın 12-də İraqda keçirilən seçkilərə xüsusilə Kərkük və şimal bölgələrində saxtakarlıq olması ilə bağlı yayılan iddialar kölgə salmış və İraq parlamenti səslərin yenidən əllə sayılması barədə qərar qəbul etmişdi.