İraqın sabiq rəhbəri Səddam Hüseyn barədə edam hökmü verən hakim Rauf Rəşid Abd Əl Rəhman vəfat edib.
Qaynarinfo xəbər verir ki, 78 yaşlı hakim İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada həyatını itirib.
Qeyd edək ki, Rauf Rəşid 2006-cı ilin noyabr ayının 5-də Səddam Hüseyn barədə ölüm hökmü çıxarmışdı.
Gülşən