Xəbər lenti

Səfər ləğv edilə bilər: Ukrayna Zelenskinin Berlinə səfərinin anonsundan narazıdır
Dünya17:06 03.05.2023

Səfər ləğv edilə bilər: Ukrayna Zelenskinin Berlinə səfərinin anonsundan narazıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynada prezident Volodimir Zelenskinin Almaniyaya səfər planları ilə bağlı məlumatın mediaya sızmasını məsuliyyətsizlik hesab edirlər.
Bu barədə Qaynarinfo The Guardian-a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Zelenskinin Almaniyaya səfərinin tarixi məlum olduqdan sonra qalmaqal yarana bilər.
Jurnalistlər iddia edirlər ki, Ukrayna hökumətinə yaxın mənbələr səfərin açıqlanmasını məsuliyyətsizlik hesab edirlər. İndi Ukrayna dövlət başçısının səfərinin baş tutub-tutmayacağına şübhələr var.
Xatırladaq ki, daha əvvəl alman mediası Zelenskinin mayın 13-də Almaniyaya rəsmi səfərə barədə məlumat yaymışdır. 
Nizami Bağırov