Dünya 13:00 23.09.2022

Səfərbərlikdən sonra Rusiyanı gəlirdən məhrum etməyin 8-ci yolu gündəmə gəldi

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərliyinə cavab olaraq Avropa İttifaqı ölkələri bir neçə həftə ərzində Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəlməyə hazırlaşırlar. 

Qaynarinfo xəbər verir ki, Bloomberg müzakirələrlə tanış olan mənbələrə istinadən yazır ki, qərar səkkizinci sanksiyalar paketinə daxil edilə bilər

Onların fikrincə, Putin Ukraynada münaqişəni gərginləşdirməklə və nüvə silahından istifadə ilə hədələməklə Rusiyanın gəlirlərinə zərbə vuracağı və müharibə aparmaq imkanlarını məhdudlaşdıracağı gözlənilən ABŞ və Aİ-nin səylərini birləşdirib.

Bununla belə, hələlik təşəbbüs maneələrlə üzləşir və müsbət nəticəyə zəmanət verilmir, mənbələr deyirlər. Onlar xatırladırlar ki, sanksiyaların qəbulu yekdil qərar tələb edir və Rusiyanın müttəfiqi Macarıstan qiymət tavanına qarşıdır.

Baş nazir Viktor Orban enerji sektoruna təsir edən istənilən sanksiyaları tənqid edir. İyun ayında o, neft embarqosunun qəbuluna ilk dəfə mane oldu və yalnız Budapeştin Rusiyadan boru kəməri neftinə müstəsna çıxış əldə etdiyi zaman buna razı oldu.

Hazırda təşəbbüslə bağlı suallar cavablardan daha çoxdur: Aİ ölkələri neftin həddi qiymətinin nə qədər olacağına, bu tədbirin neft embarqosu və neftin çatdırılması və sığorta xidmətlərinə qadağa ilə necə əlaqələndiriləcəyinə qərar verməyib. Hələlik o aydındır ki, bu tədbirlər  dekabrın 5-dək görülməlidir, həmin tarixdə qismən neft embarqosu qüvvəyə minəcək. 

Belə bir tədbirin effektivliyi də qeyri-müəyyən olaraq qalır: Çin və Hindistan Rusiya neftini almağa davam edir və ucuz alternativlər təqdim etmədən qiymət tavanına qoşulmaqdan imtina edirlər. Lakin ABŞ-da bu tədbirin işə yarayacağını təkid edirlər, çünki buna qoşulmayan ölkələr də Rusiyadan endirimlər tələb edəcəklər.

Rusiya neftinə qoyulan məhdudiyyətlərə əlavə olaraq, səkkizinci sanksiyalar paketi dəbdəbəli mallara təsir edə, daha çox Rusiya banklarını SWIFT-dən ayıra bilər, həmçinin Rusiyanın İT sənayesi, kibertəhlükəsizlik və proqram təminatına zərbə vura bilər. Brüsseldəki "Financial Times”ın mənbəsi etiraf edir ki, "biz Rusiya iqtisadiyyatından böyük ölçüdə ayrıldığımız üçün sanksiyaya məruz qala biləcək o qədər də çox mal qalmayıb”. Ona görə də neftin qiyməti səkkizinci sanksiyalar paketinin mərkəzində olmalıdır, deyə ikinci həmsöhbət izah edir.

Nizami Bağırov