Xəbər lenti

Səfirin qatili ilə bağlı yeni detallar üzə çıxdı
Dünya12:57 24.12.2016

Səfirin qatili ilə bağlı yeni detallar üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra Ankara Cumhuriyyət Baş Prokurorluğunda aparılan istintaq tədbirləri çərçivəsində yeni bilgi əldə olunub.
Səfiri öldürən Mevlüt Mert Altıntaşın əlaqələrini araşdıran polis onun sui-qəsddən öncə işdən icazə alaraq İstanbulda yaşayan, radikal düşüncəli bir nəfərlə üz-üzə görüşdüyünü müəyyənləşdirib.
Adı gizli saxlanılan və istintaq üçün önəmli ola biləcəyi düşünülən həmin şübhəli şəxs saxlanılaraq Ankaraya gətirilib.
Qeyd edək ki, istintaq tədbirləri çərçivəsində Altıntaşla əlaqəsi olan 5 polis saxlanılıb.
Xatırladaq ki, 62 yaşlı səfir Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlet Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tətəfindən zərərsizləşdirilib.(Qafqazinfo)
Qaynarinfo.Az