
Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Şurasının (MŞ) sədri, Güney Azərbaycan Milli Oyaniş Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı bu gecə Bakıya gəlir.
Bu haqda Turan-a məlumatlı mənbələrdən bəlli olub.
M.Çöhrəqanlının Bakıya gəlişi problemlə üzləşə bilər. ABŞ-da mühacir həyatı yaşayan M.Çöhrəqanlı Azərbaycana gəlməkdən ötrü viza almaq üçün Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edib. Bir həftəlik gözləntidən sonra Azərbaycan səfirliyi M.Çöhrəqanlıya viza verməyib. Səfirlik tanınmış hərəkat rəhbərinə vizanı Bakı hava limanında almağı tövsiyə edib.