Xəbər lenti

Şəhər meri həbs olundu
Dünya20:10 19.10.2014

Şəhər meri həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqrebin meri Milan Bandiç korrupsiya ittihamı ilə həbs edilib. Qaynar.info Trend-ə istinadən məlumatına görə, bu barədə Xorvatiya nəşri Jutarnji list xəbər verir.
“Zaqreb şəhəri və Zaqreb holdinqinin qanunsuz hərəkətləri ilə əlaqədar, mürəkkəb istintaqdan sonra bir neçə nəfər həbs edilib”, - Zaqreb polisindəki mənbə bildirib.
Mer Bandiç və bir neçə biznesmen “çoxsaylı korrupsiya cinayətlərinin törədilməsində, xidməti vəzifədən sui-istifadədə” ittiham olunurlar.
Milan Bandiç ölkədə parlament partiyaları arasında ən böyük partiyalardan biri olan Xorvatiyanın Sosial-demokrat partiyasının (XSDP) Zaqreb bölməsinin sədridir.
Qaynar.info