Xəbər lenti

Səkkizinci mərtəbədən yıxıldı, ayağa durub getdi - MÖCÜZƏ
Dünya07:21 12.10.2013

Səkkizinci mərtəbədən yıxıldı, ayağa durub getdi - MÖCÜZƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyada dostları ilə balkonda söhbət edən sərxoş gənc müvazinətini itirərək səkkizinci mərtəbədən yıxılıb.

Qaynar.info
xəbər verir ki, bəxti gətirən gənc aşağıda dayanmış avtomobilin üzərinə düşüb.

Heç bir yeri əzilməyən gənc heç nə olmayıbmış kimi ayağa durub.

Polisin verdiyi açıqlamada, "Səkkizinci mərtəbədə dostları ilə birlikdə kef məclisində həddən artıq spirtli içki içib. Sonra da balkonda sevgilisi ilə mübahisə edib. Müvazinətini itirərək balkondan aşağı düşüb" bildirilib.

Gəncin üzərinə düşdüyü avtomobil isə ciddi zədələnib.

Qaynar.info