Xəbər lenti

Selahattin Demirtaş azadlığa çıxır
Dünya13:29 27.11.2017

Selahattin Demirtaş azadlığa çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin HDP təşkilatının sədri Selahattin Demirtaş azadlığa buraxılır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 3 ilə qədər azadlıqdan məhrum edilməsi tələb edilən proses üçün keçirilən son məhkəmədə Demirtaş iştirak etməyib. Onun vəkili İlknur Alcan məhkəmədə danışaraq "Selahattin Demirtaşa qarşı irəli sürülən ittihamların hüquqi əsası yoxdur. Müvəkkilim əhalinin bir hissəsini digərinə qarşı addımlara təhrik etmək məqsədilə fikirlər səsləndirməyib. Azadlığa çıxarılması barədə qərar verilməsini tələb edirik" deyib.
Qeyd edək ki, Selahattin Demirtaş Sancaqtəpədə 7 iyun 2015-ci il tarixində təşkil etdiyi mitinqdəki çıxışına görə xalqı kin və düşmənliyə təhrikdə ittiham edilirdi. O, çıxışında Star Mediasına qarşı fikirlər səsləndirməkdə günahlandırılırdı. Daha sonra isə Star Media və Dinamik Radio-Televiziya şirkətlərinin nümayənlərinin olduğu adresdə bomba tapılmış və zərərsizləşdirilmişdi. İddiada Demirtaşın şübhəli çıxışından sonra bombanın yerləşdirildiyi bildirilirdi.
Məhkəmə HDP-dən olan kürd deputata bəraət verib.
Gülşən