Xəbər lenti

Ölkə 17:52 26.12.2022

Səlim Müslümov mənimsədiyi pulun 1 milyon 500 min manatını geri qaytardı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə, prosesdə şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin rəisi Anar Bayramov ifadə verib. O bildirib ki, təsdiq edilmiş sənəd əsasında obyekt və nazirliyin qurumlarında yoxlamalar aparılıb. 

Səlim Müslümov isə ifadə vermək istəməyib. O deyib ki, ibtidai istintaq zamanı geniş ifadə verib və həmin ifadələrini təsdiq edir. 
Prosesdə məlum olub ki, mənimsəmə epizodu üzrə ayrılmış cinayət işinin istintaqı zamanı 1 milyon 500 min manat ziyan dövlət büdcəsinə ödənilib. 

Bundan başqa, 98 obyekt üzrə 634 min manat ziyanın da ödənilməsi təmin olunub. 

Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

Onun rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.
 
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. 

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->