
Hadisə Norveçdə Xedmark şəhərciyi üzərindəki səmada baş verib
Təyyarədən tullanan paraşütçü səmada meteoritlə üz-üzə gəlib.
ANS PRESS-in məlumatına görə, 2012-ci ilin yayında Anders Xelstrup və Oslonun paraşütçülər klubunun bir neçə üzvü, Norveçdə Xedmark şəhərciyinin üzərində kiçik təyyarədən yerə tullanıblar.
Bu zaman səmada qəribə hadisə baş verib. Öz paraşütü ilə yerə enməyə çalışan Anders Xelstrup adlı idmançının yanında qəfildən yad cism peyda olub. Paraşütçü meteorit olduğun iddia edilən cismin videosunu çəkməyə başlayıb. Xoşbəxtlikdən bədbəxt hadisə baş verməyib. İdmançı çətinliklə olsa da yerə enməyi bacarıb.
Paraşütçünün çəkdiyi videonu Oslo Təbiət Elmləri Muzeyinə göndərib. Mütəxəsislər videodakı daş parçasının meteorit olduğunu təsdiqləyiblər. Alimlər həmin meteoritin axtarışına çıxıblar. Hələ ki, həmin daş parçasını hara düşməsini müəyyən etmək mümkün olmayıb.
Qaynar.info