Xəbər lenti

Səmranın "Eurovision"dakı şousu belə olacaq - FOTOLAR
Maqazin06:53 04.05.2016

Səmranın "Eurovision"dakı şousu belə olacaq - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

61-ci “Eurovision” mahnı müsabiqəsinin başlamasına sayılı günlər qalıb. 

Axşam.az-ın məlumatına görə, təmsilçimiz Səmra Rəhimlinin “Qloben-Arena”dakı məşqləri artıq başlayıb.

İfaçının məşq zamanı çəkilən fotoları yarışmanın rəsmi səhifəsində yerləşdirilib. Şəkillərdən göründüyü kimi Səmranı səhnədə rəqqaslar müşayiət edəcəklər.

Ölkəmizi “Miracle” mahnısı ilə təmsil edəcək S.Rəhimli mayın 10-da birinci yarımfinalda səhnəyə çıxacaq.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-də, final isə 14-də baş tutacaq.

Qaynarinfo.az