Xəbər lenti

Senatın Respublikaçı liderindən Baydenə çağırış: Ukraynaya silahları verin!
Dünya05:24 15.09.2022

Senatın Respublikaçı liderindən Baydenə çağırış: Ukraynaya silahları verin!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatında azlıqların lideri Mitç Makkonnel Bayden administrasiyasını Ukraynaya silah tədarükünü artırmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” məlumat yayıb.
"Ukraynalıların bizim onlara təqdim etdiyimiz daha çox silaha ehtiyacı var, onları daha sürətli əldə etməyə başlamalıdırlar və həmçinin daha uzun mənzilli ATACMS, daha böyük pilotsuz təyyarələr və tanklar kimi yeni imkanlara ehtiyacları var”, deyə Makkonnel bildirib.
O qeyd edib ki, Ukrayna ordusunun uğurları bütün azad dünyanı ruhlandırır, lakin istirahət etmək hələ tezdir:
"İran Rusiya ordusunu Suriya və İraqdakı ABŞ hərbçilərinə, eləcə də İsrail, Əmirlik və Səudiyyə tərəfdaşlarına qarşı istifadə etdikləri döyüş pilotsuz uçuş aparatları ilə təmin edir. Şimali Koreyanın Rusiyanın artilleriya ehtiyatlarını artırdığı bildirilir. Çin isə hər bir rus vəhşiliyi ilə bağlı Moskvanın narrativlərini açıq şəkildə dəstəkləyir”.
O qeyd edib ki, silah-sursat tədarükü gecikdiyinə görə çoxlu insan həlak olub. Eyni zamanda, Makkonnel Ukrayna Silahlı Qüvvələrinin Qərb silahları ilə işləmə bacarığını qeyd edib.
"Ukrayna qoşunları Qərb texnikası ilə möcüzələr yaradır. Onlar HIMARS, "Javelin" və "Stinger" raketləri kimi qabaqcıl sistemləri sürətlə inteqrasiya etdilər. Qərbin bu silahları doğru əllərə verməkdə tərəddüd etməsi insan həyatı bahasına başa gəlir. Əgər Bayden administrasiyası və avropalı tərəfdaşlarımız bu vasitələri daha əvvəl təqdim etsəydilər, dəhşətlərin qarşısını almaq olardı”, deyə MakKonnell bildirib.
Nizami Bağırov