Respublikaçı senator Marko Rubio hesab edir ki, ABŞ prezidenti Co Bayden HƏMAS-ın İsrailə hücumunu dəstəkləyən xarici vətəndaşları ölkəyə buraxmamalııdr.
Qaynarinfo bu barədə "Fox News"a
istinadən xəbər verir.
Onun sözlərinə görə, bu insanlar Amerika vizalarından məhrum edilməlidir:
"Amerikalılar yer üzündəki ən səxavətli millətdir, lakin biz HƏMAS kimi terror qruplaşmalarını dəstəkləyən və küçələrimizdə "intifada”ya çağıran əcnəbi vətəndaşların ölkəmizə daxil olmasına və ya qalmasına icazə verə bilmərik".
O əlavə edib ki, Bayden administrasiyası bu cür əcnəbilərin vizalarını dərhal ləğv etməlidir. Rubio vurğulayıb ki, ABŞ ərazisində olanlar ölkədən qovulmalıdır.
Qeyd edək ki, oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı "Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib və İsrailin Milli Təhlükəsizlik Şurası bu zolağa su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib. Ötən gün Qəzzada quru əməliyyatı başlayıb.
Aydın