Xəbər lenti

Senatorlar ABŞ-dan Ukraynaya müharibənin taleyini dəyişəcək silahlar verilməsini istəyir
Dünya18:10 22.11.2022

Senatorlar ABŞ-dan Ukraynaya müharibənin taleyini dəyişəcək silahlar verilməsini istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ senatorları Pentaqonu Ukraynaya "müharibənin strateji kursunu dəyişə biləcək" dronlar verməyə çağırıblar.
Qaynarinfo xəbər verir ki, hər iki partiyadan olan 16 senator ABŞ prezident administrasiyasını Ukraynaya yüksək texnologiyalı müasir "Gray Eagle MQ-1C” pilotsuz uçuş aparatları ilə təmin etməmək qərarına yenidən baxmağa çağırıb. 22 noyabr tarixli məktubda onlar 24 saatdan çox uça bilən və dörd "Hellfire” raketi və ya səkkiz "Stinger” raketi daşıya bilən dronların "müharibənin strateji kursunu Ukraynanın xeyrinə dəyişə biləcəyini” vurğulayırlar.
"The Wall Street Journal”ın tanış olduğu və müdafiə naziri Lloyd Ostinə ünvanlanmış məktubda senatorlar bu dronları Kiyevə təqdim etdikdə "uzunmüddətli perspektivdə əhəmiyyətli müsbətlər" gördüklərini bildiriblər.
Pentaqon qəzetə bu haqda şərh verməkdən imtina edib.
WSJ mənbələri daha əvvəl izah edirdilər ki, "Gray Eagle MQ-1C” pilotsuz uçuş aparatlarının tədarükü məsələsi bir neçə ay müzakirə olunub. Nəticədə Pentaqon belə qərara gəlib ki, onların tədarükü münaqişənin gərginləşməsinə gətirib çıxara bilər və Moskvada belə fikir formalaşa bilər ki, ABŞ  Ukraynanı Rusiya ərazisinə zərbə endirmək üçün istifadə oluna bilən silahlarla təmin edir. Əsas amil olmasa da, digər səbəb ondan ibarətdir ki, dronlarda istifadə olunan texnologiyaların Rusiyanın əlinə keçməsi ehtimalı var.  
Son aylarda İran Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı tədarük edib və Rusiya onlardan Ukraynadakı mülki və enerji obyektlərinə zərbələr endirmək üçün yararlanır. Senatorlar təkid edirlər ki, bu PUA-lar Rusiyaya döyüş meydanında üstünlük verir və onlara qarşı çıxmaq üçün ukraynalıları ABŞ silahları ilə təmin etmək lazımdır: 
"Gray Eagle MQ-1C” əməliyyat xüsusiyyətləri - əlçatanlıq, öldürücülük, dözümlük və ixrac qabiliyyəti - ukraynalıların istifadə etdiyi mövcud silah sistemlərini tamamlayır və Ukrayna silahlı qüvvələrinin gücünü artıracaq".
Senatorlar qeyd edirlər ki, "General Atomics” tərəfindən istehsal olunan "MQ-1”in təlimi 27 gün çəkəcək. Bu cür pilotsuz uçuş aparatlarla Ukrayna "Qara dənizdə Rusiya hərbi gəmilərinin yerini müəyyən edib onlara hücum edə, məcburi blokadanı qıra və Ukrayna iqtisadiyyatına və dünya ərzaq qiymətlərinə ikili təzyiqi aradan qaldıra bilər".
Senatorlar nazir Ostindən noyabrın 30-dək Pentaqonun Ukraynaya müasir "Gray Eagle MQ-1C” pilotsuz uçuş aparatlarının verməkdən imtinanın səbəblərini izah etməyi xahiş ediblər.
Nizami Bağırov