Xəbər lenti

Senatorun köməkçisi Konqresdə porno çəkilişinə görə işdən qovuldu
Dünya10:54 17.12.2023

Senatorun köməkçisi Konqresdə porno çəkilişinə görə işdən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Konqresin yuxarı palatasının zalında porno video çəkərkən yaxalanan ABŞ senatoru Ben Kardinin Aydan Maese-Çeropski adlı kiçik köməkçisi işdən qovulub. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti Kardinin ofisinin bəyanatına istinadən yazır.
"Aydan Maese-Çeropski artıq ABŞ Senatında xidmət etmir", deyə senatorun nümayəndələri bildiriblər.
Qəzetin yazdığına görə, dekabrın 15-də Çeropski iş axtarışı ilə bağlı sosial şəbəkədə verdiyi elanda keçmişdə səhv qərarlar verdiyini, lakin işini sevdiyini və iş yerinə hörmətsizlik etmədiyini yazıb.
Bundan əlavə, senatorun keçmiş köməkçisi onun hərəkətlərini qaralamaq cəhdlərini uydurma adlandırıb və məhkəməyə müraciət etməyi düşünəcəyini bildirib.
Senat əməkdaşının Konqresin yuxarı palatasının zalında iştirakı ilə porno çəkməsi faktını müvafiq videoyazı əldə edən "Daily Caller" yazıb. O, sosial mediada "siyasətlə məşğul olan homoseksuallr" üçün şəxsi qrupda görünüb.
Aydın