Seneqalda EKbola təhlükəsi sona çatıb. Fanat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, 42 gün ərzində bu ölkədə Ebolaya heç kim yoluxmayıb. Bu isə virus təhlükəsinin bitməsini demək üçün yetərli zamandı. Təşkilat buna rəğmən Seneqalın coğrafi mövqeyi səbəbindən bundan sonra da həssas dönəmdən keçəcəyini qeyd edib.
Qeyd edək ki, Seneqalda Ebola virusu ilk dəfə avqustun 29-da aşkarlanmışdı. Dərhal xəstə ilə təmasda olmuş 72 nəfər karantinə alınmışdı. Ölkədə Eboladan ölən olmayıb.
31 avqustdan bəri yeni xəstə aşkarlanmayan Nigeriya üçün qarşıdakı 2 gün çox önəmlidi. Bu müddətdə yeni xəstə aşkarlanmasa bu ölkənin də təhlükəsizliyi elan olunacaq. Nigeriyada indiyədək Eboladan 8 nəfər ölüb.
Qeyd edək ki, virus Qərbi Avropada indiyədək 4500-dən artıq insanın ölümünə səbəb olub. Ebola Liberiya, Sierra Leone və Qvineyada sürətlə yayılır.
Qaynar.info