Xəbər lenti

SEPAH-ın leytenantı öldürüldü
Dünya06:47 18.06.2022

SEPAH-ın leytenantı öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) leytenantı iyunun 15-də ölkənin şimal-qərbində ölüb.
Qaynarinfo bu barədə "Timesofisrael" qəzetinə istinadən xəbər verir.
Vahab Parmarzian SEPAH Hərbi Hava Qüvvələrinin zabiti olub və deyilənə görə, Marağa şəhərində dəfn edilib.
İslam İnqilabı Keşikçiləri Korpusu ölümlə bağlı açıqlama verməyib, lakin İran mediası onun öldürüldüyünü yazıb.
Qeyd edək ki, son zamanlar SEPAH zabitlərinin ölümü ilə bağlı müəmmalı hadisələr baş verir.
İran mediası keçən həftə İnqilab Keşikçiləri Korpusunun iki zabitinin, həmçinin Hərbi Hava Qüvvələrindən Əli Kamani və Məhəmməd Abdousun ayrı-ayrı  insidentlərdə öldürüldüyünü xəbər vermişdi.
Adı açıqlanmayan bir mənbə Britaniyada yerləşən müxalif "İran İnternational"a deyib ki, Əli Kamani və Məhəmməd Abdous Livanda Hizbullah üçün silah hazırlayırmış.
M.Arif