Xəbər lenti

Serbiya millisinin qapıçısı barda dava saldı - AVRO-2024
Dünya 15:30 28.06.2024

Serbiya millisinin qapıçısı barda dava saldı - AVRO-2024

Serbiya millisinin qapıçısı Vanya Milinkoviç-Saviç 2024-cü il Avropa çempionatında qalmaqala səbəb olub. 

Qaynarinfo Teleqraf.rs-yə istinadən xəbər verir ki, komandanın ehtiyat qapıçısı qrup mərhələsinin 3-cü turunun Danimarka ilə oyunu öncəsi Münhendəki barların birində azarkeşlə dava edib.

Serb azarkeşlərdən biri Milinkoviç-Saviçə vacib oyundan əvvəl bara gəldiyi üçün ona irad tutub: "Sənin burada nə işin var? Komanda ilə birgə olmaq əvəzinə burada içirsən!”

Qapıçı bu sözləri aqressiv qəbul edib, o, azarkeşi söyüb, sonra da ona yaxınlaşaraq onu vurub. Münaqişəyə barın mühafizəsi və obyektin sahibi müdaxilə edib.

"Vanya bizə gəldi, amma girişdəki təhlükəsizlik əməkdaşı onu tanımadı və millinin şortu geyindiyi üçün içəri buraxmaq istəmədi. Bu onu qəzəbləndirdi və dava düşdü.

Tezliklə müdaxilə etdim, əlindən tutdum və dedim ki, mənimlə gəlsin, amma o, rədd etdi. Hər şey restoranın bağçasında baş verib. Onların bir-birinə nə dediklərini eşitmədim. Mən şadam ki, sonda hər şeyi həll etdik”, - bar sahibi bildirib.

Xatırladaq ki, Serbiya Danimarka ilə heç-heçə (0-0) edib və 2024-cü il Avropa çempionatı ilə vidalaşıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->