Serbiya prezidenti Aleksandr Vuçiç ölkə ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə əmr verib.
Qaynarinfo xəbər verir ki, buna səbəb Kosovo xüsusi təyinatlılarının fəaliyyəti olub. Əmr Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə verilib.
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları da tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qeyd edək ki, Kosovo DİN-in 60-a yaxın xüsusi təyinatlısı (ROSU) şimalda yerləşən "Qazivode" su elektrik stansiyasının akkumulyasiya gölü yaxınlığındakı mövqeləri tutub və bəndin yaxınlığındakı ekologiya və idman mərkəzinə daxil olublar.