Xəbər lenti

Sergey Lavrov:
Dünya 15:41 30.12.2024

Sergey Lavrov: "Əsəd Suriyada sosial problemlərin öhdəsindən gələ bilmədi"

"Sabiq prezident Bəşər Əsədin respublikadakı sosial problemlərin öhdəsindən gələ bilməməsi səbəbindən Suriyada vəziyyət sürətlə inkişaf etdi". 

Qaynarinfo xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Artıq deyə bilərik ki, vəziyyətin pisləşməsinin səbəblərindən biri uzun sürən vətəndaş münaqişəsi şəraitində əvvəlki rəhbərliyin əhalinin əsas ehtiyaclarını ödəyə bilməməsi olub", deyə Rusiya XİN rəhbəri bildirib.

Lavrov əlavə edib ki, vəziyyət ABŞ-ın hərəkətlərindən də təsirlənib. Onun sözlərinə görə, Vaşinqton Suriyanın təbii ehtiyatlarla zəngin olan şimal-şərq bölgəsini faktiki olaraq işğal edib. Nazir qeyd edib ki, ABŞ hökuməti də Dəməşqə sanksiya təzyiqi edib.

Noyabrın 28-də Suriyanın silahlı müxalifət qrupları Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma başlayıb. Nəticədə Hələb, Homs, Həma və Dəməşq şəhərlərini nəzarətə götürüblər. Suriya ordusu komandanlığı Əsədin hakimiyyətinin bitdiyini elan edib. O, Moskvaya qaçıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->