
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya gəlib.
Virtualaz.org «RİA Novosti» agentliyinə istinadən xəbər verir ki, Lavrov burada həmçinin Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclasına qatılacaq.
Rusiyalı nazır Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ dövlət katibi və Fransa XİN başçısı ilə birgə danışıqlarda iştirak edəcək.
Qaynarinfo.az