Xəbər lenti

Sərhədin demarkasiyası üzrə komissiyanın iclası bu tarixdə keçiriləcək
Siyasət07:43 02.11.2022

Sərhədin demarkasiyası üzrə komissiyanın iclası bu tarixdə keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Brüsseldə keçiriləcək.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın üzvləri baş nazirin müavini Mqer Qriqoryanın rəhbərliyi altında noyabrın 3-də Brüsseldə keçiriləcək komissiyanın üçüncü iclasında iştirak edəcəklər”, - deyə XİN-in bəyanatında bildirilib.