
Ermənistan prezidenti Serj Sarkisyan hərbi təlimlərdə iştirak edib.
Anspress-in məlumatına görə, "Birlik-2014" adlı geniştərkibli təlim Azərbaycanın işğal altında olan ərazilərində baş tutub. Dağlıq Qarabağa səfər edən Ermənistan prezidenti hərbi təlimlərlə yaxından tanış olub.
Təlimlər çərçivəsində "tank triatlonu" üzrə yarışlar keçirilib. Bununla yanaşı, həmçinin bir sıra digər yarışlar da həyata keçirilib. Orduda ruh yüksəkliyinin azalmasından ehtiyyat edən Ermənistan rəhbərliyi hərbi təlimlərin iştirakçılarını mükafatlandıraraq hazırki vəziyyətdən çıxış yolu axtarırlar.
Hətta, ordudakı əsgərlərin gözündəki qorxu hissini azaltmaq üçün də cəhdlər edilib. Belə ki, hərbi təlimlərdə iştirak etmiş və fərqlənmiş zabit və əsgərlər təltif edilib.
Ermənistan prezidenti ordu qarşısında çıxış edərək əsgərlərə ürək-dirək verib. Prezident bildirib ki, narahatçılığa dəyməz, çünki müharibə olmayacaq.
Qaynar.info









