Xəbər lenti

Sərkisyan Ohanyana yeni müavin təyin etdi
Dünya16:56 02.06.2016

Sərkisyan Ohanyana yeni müavin təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Ermənistan naziri Serj Sarkisyan müdafiə nazirinə yeni müavin təyin edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu vəzifəyə general David Paxçanyan təyin olunub.  
Qeyd edək ki, cəbhə bölgəsində aprelin əvvəlində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. 
Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.  
Qaynarinfo.az