Xəbər lenti

Sərnişin avtobusu od tutub yandı - VİDEO
Dünya12:22 30.11.2013

Sərnişin avtobusu od tutub yandı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Omsk şəhərinin meriyası binasının qarşısında LiAZ markalı sərnişin avtobusu od tutub yanıb.

Milli.Az SuperOmsk-a istinadən bildirir ki, alışan avtobus "Dom Turista" dayanacağına tərəf hərəkət edib, yolu keçib və yalnız yol kənarındakı səddə dəyəndən sonra dayanıb.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlərlə polislər Qaqarin küçəsini bağlayıblar.

Polisdən verilən məlumata görə, 109 saylı marşrut ilə hərəkət edən sərnişin avtobusu Dumskaya küçəsi tərəfdən gəlirmiş.

Mühərrik alışan kimi 59 yaşlı sürücü avtobusu dayandırıb, 30 sərnişini düşürüb.

Xəsarət alan yoxdur.

Avtobus tamamilə yanıb.

Qaynar.info