Xəbər lenti

Sərnişin avtobusu partladıldı: 6 ölü, 20 yaralı
Dünya13:26 21.10.2013

Sərnişin avtobusu partladıldı: 6 ölü, 20 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Volqoqrad şəhərində sərnişin avtobusunda baş vermiş partlayışı terrorçu-kamikadzenin törətdiyi məlum olub. 

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsindən bildirilib.

İstintaqın versiyasına əsasən partlayışı törədən qadın qanunsuz silahlı birləşmələrin rəhbərlərindən birinin həyat yoldaşı olub və bu yaxınlarda islamı qəbul edib. Adı açıqlanmayan qadın öz bədəninə bağladığı partlayıcı qurğunu avtobusun içində partladıb. Onun partlayıcını əl qumbarası ilə partlatdığı güman olunur. Qumbaranın qalıqları olay yerindən tapılıb.

 Hadisə Moskva vaxtı ilə saat 14.45-də “Lesobaza” dayanacağı yaxınlığında baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. “LiAZ” markalı avtobusda ümumilikdə 40-a yaxın adam olub. 

Qaynar.info