Rusiyada keçirilən "Səs. Uşaq" yarışmasının çəkiliş prosesində münsiflər arasında qalmaqal yaşanıb. Xoşagəlməz hadisənin yaranmasının səbəbkarı isə Rusiyanın xalq artisti Valeriy Meladze olub.
"Qaynar" İstipress-ə istinadən xəbər verir ki, yarışmada V. Meladzenin qrupundan olan kollektiv Dima Bilanın "Мечтатели" mahnısını ifa edib. Oğlanlar Bilan kimi saç düzümü, onun səhnə kostyumu və səhnə hərəkətlərini təkrar edib.
Dima isə gördüklərindən şok yaşayıb. O, yarışmanı yarıda qoyub şounu tərk etmək istədiyini bildirib:
"Mən özüm yeniyetməlik dövrümdə müxtəlif yarışlarda iştirak etmişəm. Orada Meladzenin mahnılarını da oxumuşam. Amma heç vaxt onu parodiya etməmişəm. Bu gün səhnədə göstərilən isə parodiya idi. Bu səs yarışmasıdır. Təlxəklik yox!".
Müğənni bununla özünü alçalmış hiss etdiyini əlavə edib.
Daha sonra iki sənətçi arasında söz-söhbət yaranıb. Meladze səhnəyə çıxaraq hər kəsin qarşısında etdiyi hərəkətə görə Bilandan üzr istəyib:
"Mən hər kəsin qarşısında, oğlanlarla birlikdə səndən üzr istəyirəm. Onu da deyim ki, bu hərəkətimdə heç bir pis niyyətim olmayıb".
Qaynar.Az